ABŞ-dan FİFA rəsmilərinə şok ittiham

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan FİFA rəsmilərinə şok ittiham

İdman

08 Aprel 2020 12:05 842


FİFA İcraiyyə Komitəsinin rəsmiləri FIFA 2018 Dünya Çempionatının Rusiyada keçirilməsinin lehinə verilən səslərə görə rüşvət almaqda ittiham edilir. FİFA rəsmilərini ittijam edən ABŞ Ədliyyə Nazirliyidir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti bu barədə prokurorluğun ittiham aktına istinadən məlumat yayıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Trinidad və Tobaqonu FIFA-da təmsil edən Cek Uorner 2010-2011-ci illərdə səs vermək üçün 5 milyon dollar alıb. Pul Kipr və Britaniya Virgin adalarında qeydiyyata alınan saxta şirkətlər vasitəsilə ödənilib. Sezar pizza

Amerika prokurorları icra komitəsinin üzvlərinin 2022 çempionatının keçiriləcəyi Qətərdən də rüşvət aldığını hesab edir.

Rusiya ABŞ Ədliyyə Nazirliyi iddialarını əsassız sayıb. “Bu yalnız hüquqşünasların rəyidir” – deyə, 2018-ci il dünya çempionatının hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sabiq sədri Aleksey Sorokin “İnterfaks” xəbər agentliyinə açıqlamasında qeyd edib. “Dəfələrlə müraciətimizin açıq olduğunu demişik. Biz vaxtı ilə FİFA araşdırma orqanları və media da daxil olmaqla hər kəsin suallarını cavablandırdıq, bütün lazımi sənədləri təhvil verdik. İndi buna əlavə edəcək bir şey yoxdur və müraciətimizə kölgə salmaq cəhdlərinə cavab verməyəcəyik” – deyə, Sorokin məsələyə münasibət bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!