ABŞ-ın Alabama ştatında qətlə görə ölüm cəzasına məhkum edilən Eugene Smith adlı məhbus azot qazı ilə edam edilib.
Yenisabah.az xəbər verir ki, Alabama həbsxanasının sözçüsü Kelly Betts xüsusi maska taxaraq azot qazı ilə nəfəs almağa məcbur edilən Smitin yerli vaxtla saat 20.25-də öldüyünü açıqlayıb.
Azot qazından ölüm hökmünün icrasında istifadə olunması ictimaiyyətin müxtəlif təbəqələrinin reaksiyasına səbəb olub. Bu, ölüm hökmünün tətbiq olunduğu ölkələrdən biri olan ABŞ-da bir ilkdir. Hüquq müdafiəçiləri əvvəllər sınaqdan keçirilməyən bu üsula qarşı çıxıblar. Smitin vəkilinin edamın dayandırılması tələbi də Federal Məhkəmə tərəfindən rədd edilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ali Komissarlığı isə daha əvvəl istifadə edilməmiş bir edam üsulunun işgəncə və ya qeyri-insani təcrübə ola biləcəyini ifadə edərək, azot qazı ilə edamların dayandırılmasını istəyib. pizza sifarişi
Aytac Şahin
Telegram kanalımız