ABŞ-dan sərhəddəki vəziyyətlə bağlı bəyanat

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dan sərhəddəki vəziyyətlə bağlı bəyanat

Siyasət

14 İyul 2020 09:48 1586


Amerika Birləşmiş Ştatları (ABŞ) da Azərbaycan-Ermənistan sərhədində baş verən hadisəyə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb.  

Bəyanatda ABŞ-ın sərhəddəki qarşıdurmaları qınadığı bildirilir: Pepperoni pizza

“ABŞ bu zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmağa çağırırıq. Ölkələri aralarındakı rabitənin birbaşa kanallarından istifadə etməyə, atəşkəsə ciddi əməl etməyə səsləyirik”.

Bəyanatda o da qeyd olunub ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə sadiq qalır. Vəziyyətə uyğun olaraq, ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsi vacib hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!