ABŞ-də dəmiryol körpüsü qatar keçərkən uçdu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də dəmiryol körpüsü qatar keçərkən uçdu

Dünya

05 Yanvar 2025 09:59 381


ABŞ-nin Oreqon ştatının Korvallis şəhəri yaxınlığında yük qatarı hərəkət edərkən körpü uçub.

Oxu.Az xəbər verir ki, bu barədə KPTV "Portland & Western Railroad" şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, insident nəticəsində bir vaqon çaya düşüb. Dominos pizza

Hadisə Korvallisdəki Averi parkı yaxınlığında baş verib. Körpü üzərindən azot gübrəsi karbamidini daşıyan 19 vaqondan ibarət qatar keçərkən çöküb. Körpünün uçma səbəbləri hələlik məlum deyil.

Yerli sakinlərdən hadisə yerindən uzaq durmaq və çaya girməmək xahiş olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!