ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu - Foto

Dünya

02 Oktyabr 2025 23:57 535


ABŞ-də Nyu-Yorkun La Guardiya hava limanında “Delta Air Lines Endeavour Air” şirkətinə məxsus iki sərnişin təyyarəsi toqquşub.

Yenisabah.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Səlahiyyətlilər bildirdilər ki, Virciniya ştatının Roanoke şəhərinə gedən 5155 saylı reysi həyata keçirən təyyarənin qanadı Şimali Karolina ştatının Şarlotta şəhərindən gələn 5047 saylı reysi həyata keçirən təyyarənin burnuna dəyib. Dördpendirli pizza

Qəza zamanı təyyarədə ümumilikdə 93 nəfərin olduğunu və qəzanın aşağı sürətlə baş verdiyini bildirilir.

Federal Aviasiya İdarəsi (FAA) toqquşmanın M və A zolaqlarının kəsişməsində baş verdiyini və qəzanın səbəbinin araşdırıldığını bildirib./APA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!