ABŞ-də şatdaunun müddəti uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də şatdaunun müddəti uzadıldı

Dünya

04 Oktyabr 2025 18:03 306


ABŞ Senatı hökumətin maliyyələşdirilməsinin uzadılması üçün həm respublikaçılar, həm də demokratların təklif etdikləri qanun layihələrini rədd edib.

Oxu.Az bu barədə CNN telekanalına istinadən xəbər verir.

Respublikaçıların müvəqqəti maliyyələşdirməyə dair qanun layihəsinin lehinə 54 senator səs verib, 44 senator əleyhinə olub. Hökumətin maliyyələşdirilməsini yeddi həftəlik təmin edəcək qanun layihəsini qəbul etməkdən ötrü 60 səs toplamaq lazımdır. Sezar pizza

Hökumətin işinin dayandırılması həftənin sonunadək davam edəcək.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ-də rəsmən şatdaun başlayıb - hökumətin işi dayandırılıb, çünki Senat büdcə layihəsini razılaşdırmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!