ABŞ-də təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak oldu

Dünya

03 May 2026 15:59 86


ABŞ-nin Texas ştatında baş verən təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Fox News" telekanalı xəbər verib.

"Amarillo" klubunun oyunçuları Nyu-Braunfelsdə keçirilən turnirə gedirmiş. Qəza Vimberleydə baş verib.

Mənbənin məlumatına görə, qəzadan bir müddət əvvəl hava nəqliyyatı dispetçeri təyyarənin qeyri-adi manevrlər etdiyini görüb və hava gəmisi sonra radardan itib.

Qeyd olunur ki, qəza zamanı ərazidə hava buludlu olub və sonra ildırım çaxıb.

Qəza nəticəsində pilot və dörd sərnişin də həlak olub. Faktla bağlı araşdırma başlanıb.

Komandanın getdiyi turnir ləğv edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!