ABŞ-dən Ermənistana 20 milyonluq yardım

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dən Ermənistana 20 milyonluq yardım

Dünya

26 Sentyabr 2024 13:23 356


ABŞ hökumət islahatlarını asanlaşdırmaq üçün Ermənistana 20,6 milyon dollar maliyyə dəstəyi verəcək.

Yenisabah.az xəbər verir ki, bunu ABŞ-nın dövlət katibi Antoni Blinken və USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauer bəyan ediblər.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. pizza sifarişi

BMT Baş Assambleyası zamanı elan edilən vəsaitlər USAID-in Demokratiya İşləri Təşəbbüsü çərçivəsində hökumət islahatları və dövlət xidmətlərinin təkmilləşdirilməsi, Ermənistana kibertəhlükəsizliyin, sərhəd təhlükəsizliyinin, enerji təhlükəsizliyinin təkmilləşdirilməsində və mürəkkəb təhdid və çağırışlara davamlılığın artırılmasında dəstək olmaq üçün istifadə olunacaq.

Bundan əlavə, USAID effektiv və ictimai xidmət jurnalistikasının təqdim edilməsində media və informasiya savadlılığına dəstək olmaq üçün ProInfo Təşəbbüsü vasitəsilə 600 min dollar məbləğində maliyyə ayırdığını elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!