ABŞ-dən İrana ağır zərbə: 7800 hədəf vuruldu, 120 gəmi batırıldı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dən İrana ağır zərbə: 7800 hədəf vuruldu, 120 gəmi batırıldı

Dünya

18 Mart 2026 22:15 538


ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirilən hərbi əməliyyat çərçivəsində 7 800-dən çox hədəfə zərbə endirib, həmçinin İslam Respublikasına məxsus 120-dən çox gəmini məhv edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.

"Biz 7 800-dən çox hədəfə zərbə endirdik. 120-dən çox İran gəmisi hərbçilərimiz tərəfindən batırılıb", - deyə o qeyd edib. Sezar pizza

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin ən böyük şəhərlərini əhatə edib.

İranın elit hərbi qurumu - İnqilab Keşikçiləri Korpusu (SEPAH) buna cavab olaraq genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb və İsrailə zərbələr endirib.

Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanında yerləşən obyektləri də hücumlara məruz qalıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!