ABŞ-dən İrana XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dən İrana XƏBƏRDARLIQ

Dünya

23 İyul 2025 16:06 487


Bu gün səhər saatlarında İranın Hərbi Dəniz Qüvvələri Oman dənizində İran sularına yaxınlaşan ABŞ-yə məxsus “DDG Fitzgerald” esminesinə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, İran Dəniz Qüvvələrinin Aviasiya Hazırlıq Qrupu hadisəyə müdaxilə edərək, bölgəyə helikopter göndərib və ABŞ gəmisinə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq verib.

ABŞ tərəfi cavab olaraq İran helikopterini hədəfə almaqla hədələyib. Ancaq iranlı pilot missiyasını davam etdirib və xəbərdarlığı təkrarlayıb. ABŞ esminesinin yenidən təhdid etməsi fonunda, İranın müdafiə sistemləri aktivləşdirilərək bölgədəki helikopterə dəstək təmin edilib və Amerika gəmisinə istiqamətini dəyişmək barədə qəti tələb göndərilib. pizza mizza

Nəticədə, ABŞ esminesi İranın nəzarətində olan suları tərk edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!