ABŞ Dövlət Departamenti ruslar haqqında tərifi: “Evsiz millət“

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Dövlət Departamenti ruslar haqqında tərifi: “Evsiz millət“

Dünya

24 Oktyabr 2021 09:55 1362


ABŞ Dövlət Departamenti Amerika vizası almaq istəyən rusları “evsiz vətəndaş” kimi təsnif edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Departamentin saytında dərc olunub.

Məlumatla bağlı aydınlıq gətirilir ki, o ölkələrin vətəndaşlarını bu kateqoriyaya aid edirlər ki, onların ABŞ–da konsulluq missiyası yoxdur və ya siyasi vəziyyəti qeyri-sabit hesab edilir. Bu isə diplomatik missiya işçilərin vətəndaşlarının viza üçün müraciətlərinə baxmasına imkan vermir. Bu halda, ərizəçilər bir və ya bir neçə qonşu ölkənin konsulluğuna müraciət edir. Sezar pizza

Qeyd olunur ki, hazırda ruslar Amerika vizası üçün Polşanın paytaxtı Varşavada müraciət edə bilərlər.

Ümumilikdə on ölkənin vətəndaşları “evsiz millətlər” siyahısına daxil edilib. Bunların arasında Venesuela, Yəmən, İran, Kuba, Liviya, Suriya, Somali, Cənubi Sudan və Eritreya var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!