ABŞ Finlandiyadan kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Finlandiyadan kömək istədi

Dünya

04 Sentyabr 2021 13:36 1174


“Vaşinqton Finlandiya səlahiyyətlilərindən Əfqanıstanın əvvəlki hökumət üzvlərindən qadın hakimlərə qədər ən müxtəlif insan qruplarını qəbul etmələrini istəyib”.

Yenisabah.az “Iltalehti” qəzetinə istinadla xəbər verir ki, bunu Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Pekka Haavisto bildirib.

Haavisto deyib: "Vaşinqtondan kömək istəkləri gəlir. Amerikalılar müxtəlif sahələrdə mütəxəssis qəbul etmələri üçün Finlandiyaya müraciət ediblər. Bir qrupa əvvəlki hökumətdən və ölüm təhlükəsi ilə üzləşə biləcək insan haqları müdafiəçilərindən ibarət əsas şəxslər daxildir. Əlaqəyə girən digər qrup işsiz qalan təhsilli qadınlardır. Ölkədə təxminən 250 qadın hakimin olduğu bildirilir". Dominos pizza

Xatırladaq ki, avqustun sonunda Finlandiya, Aİ və sülhməramlı missiyalarda işləyən təxminən 500 Əfqanıstan vətəndaşı ailə üzvləri ilə birlikdə bu ölkəyə gəlib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!