ABŞ Gizli Xidməti Baydenin qələbəsini elan etməyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Gizli Xidməti Baydenin qələbəsini elan etməyə hazırlaşır

Dünya

06 Noyabr 2020 15:55 923


ABŞ-da demokratlardan prezidentliyə namizəd Cozef Bayden bu gün prezident seçkilərində qələbəsini elan edə bilər.

Yenisabah.az xəbər verir ki, “The Washington Post” qəzetinin yazdığına görə, bununla əlaqədar ABŞ Gizli Xidməti Baydenin çıxışı planlaşdırılan Delaver ştatının Vilminqton şəhərində təhlükəsizlik tədbirlərini gücləndirir.

Qəzetə seçkiqabağı kampaniya təmsilçiləri tərəfindən bildirilib ki, Gizli Xidmətə Baydenin bu həftə danışdığı Vilminqton konfrans salonunu ən azı bir gün daha istifadə edəcək və cümə günü orada əhəmiyyətli bir açıqlama veriləcək. pizza

Bununla əlaqədar olaraq Gizli Xidmət oraya agentlikdən bir dəstə göndərib.

ABŞ Gizli Xidmətinin əsas vəzifələrindən biri də prezident və vitse-prezidentin, eləcə də, bu vəzifələrə namizədlərin qorunmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!