ABŞ “Green Card”ın verilməsini dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ “Green Card”ın verilməsini dayandırdı

Dünya

19 Dekabr 2025 09:48 571


Amerika Birləşmiş Ştatları “Green Card” (Yaşıl kart) lotoreyasının oynanılmasını qeyri-müəyyən müddətə təxirə salıb.

“Yeni Sabah” xəbər verir ki, bunu ölkənin daxili təhlükəsizlik üzrə naziri Kristi Noem bildirib.

Məlumata görə, bir neçə gün əvvəl Birləşmiş Ştatların nüvə alimi Nuno Laurero evində qətlə yetirilib. pizza sifarişi

İlkin araşdırmayla alimin qatilinin ABŞ-yə “Green Card”la gəlməsi müəyyənləşib. Bundan sonra Ağ Ev rəhbərliyi “Green Card”ın dayandırılması barədə göstəriş verib.    

“Prezident Donald Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti) DV1 proqramlarını dayandırmaq barədə əmr verirəm ki, bu zərərli proqram səbəbindən amerikalılara artıq zərər dəyməsin”, - nazir bildirb.

Qeyd edək ki, “Green Card” 1990-cı ildən bəri ABŞ-də tətbiq olunan miqrasiya lotoreyasıdır. Bu lotoreya hər il 50 min nəfəri əhatə edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!