ABŞ hələ də Ukraynaya silah satır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hələ də Ukraynaya silah satır

Dünya

13 Avqust 2025 17:11 298


Donald Tramp hələ də Vladimir Putinə qəzəblidir, buna görə də Ukraynaya silah satır.

Yenisabah.az axios-a istinadla xəbər verir ki, bunu 2 ABŞ rəsmisi bildirib.

Diplomatik səylər uğursuz olduğundan ABŞ prezidenti Ukraynaya ötürmək üçün NATO ölkələrinə silah satmağa davam edir. Toyuqlu pizza

Kiyevə silah tədarükü rəsmən dayandırılmasa da, mexanizm dəyişib: Tramp onları birbaşa Kiyevə deyil, bu silahların pulunu ödəyən NATO müttəfiqlərinə təhvil verməyi təklif edir.

ABŞ rəsmilərinin fikrincə, Trampın ritorikası bəzən rusiyayönümlü səslənə bilər, çünki o, bu yanaşmanın saziş bağlamaq üçün faydalı olduğuna inanır.

Ukrayna prezidenti Vladimir Zelenski və komandası indi Putinlə görüşdən əvvəl Trampın mövqeyinə mümkün qədər təsir göstərməyə çalışır.

Zelenski və avropalılar qorxurlar ki, Tramp Putinin tələblərinə razı ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!