“ABŞ hərbçiləri birbaşa sərhəddə nəzarət edəcək” – Cavid Vəliyev

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ hərbçiləri birbaşa sərhəddə nəzarət edəcək” – Cavid Vəliyev

Siyasət

17 Yanvar 2025 15:50 1119


"Ermənistanın sərhəd xidməti və ordusu amerikalı generalların və zabitlərin nəzarətinə keçəcək".

Bunu "Yeni Sabah"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev bildirib.

O, yaxın həftələrdə ABŞ gömrük və sərhəd mühafizəsi komandasının "sərhəd təhlükəsizliyi potensialını inkişaf etdirmək üçün" Ermənistana səfərini şərh edib. Toyuqlu pizza

Xatırladaq ki, səfər ABŞ və Ermənistan arasında Strateji tərəfdaşlıq haqqında Xartiya çərçivəsində baş tutacaq.

Cavid Vəliyev bildirib ki, sənədə əsasən, amerikalı hərbçilər erməni hərbçilərə təlim keçəcəklər:

“Hərbi kontingent" dedikdə, birbaşa ABŞ hərbi bazasının yaradılmasından söhbət getmir. Amerikalı hərbi müşavirlərin və hərbçilərin Ermənistan ordusuna təlim keçmək üçün Ermənistana gəlməsi nəzərdə tutulur. Sayı tərəflər müəyyən edəcəklər. ABŞ hərbçilərinin birbaşa sərhəddə durması nəzərdə tutulmasa da, amerikalıların erməni sərhədçilərə komandanlıq etməsi nəzərdə tuta bilər.

Bu o deməkdir ki, ABŞ hərbçiləri birbaşa sərhəddə nəzarət edəcək. İndiki halda bunu İran-Ermənistan sərhəddində nəzərdə tuturlar. Yəni xidməti icra edən hərbçi erməni olsa da, amerikalı hərbçilərin direktivləri ilə hərəkət edə bilərlər.

Xartiyada Ermənistana hərbi maliyyə yardımın göstərilməsi də nəzərdə tutulur. Amerikadan gələn hərbi yardım da bu istiqamətdə olacaq. Yəni ABŞ-nin hərbçiləri Ermənistanda müşavir, məsləhətçi formasında olacaq.

Bu müqaviləyə əsasən, icraçı erməni hərbçilər, onlara yol göstərən isə amerikalılar olacaq. Bundan başqa sərhəd xidmətinə və sərhədlərə nəzarət edən Ermənistanın Gəlirlər Komitəsinə də amerikalı müşavirlər təyin olunacaq”. 

Cavid Vəliyev qeyd edib ki, sözügedən xartiya icra edilərsə, 2 ölkə arasında yeni və daha genişhəcmli müqavilələr imzalana bilər:

“Ümumilikdə müqaviləyə nəzər yetirdikdə deyə bilərik ki, Ermənistanın sərhəd xidməti və ordusu amerikalı generalların və zabitlərin nəzarətinə keçəcək. Ermənistanın indi KTMT-dən çıxması gözlənilmir. Amma bu, müqavilədə də öz əksini tapmır. Çünki bu müqavilə hansısa hərbi təşkilata qoşulma müqaviləsi deyil. Amma istənilən halda Rusiya bunu narahatlıqla qarşılayıb.

Doğrudur, Ermənistan müdafiə naziri Suren Papikyan sonradan açıqlama verdi ki, Rusiya ilə hərbi-strateji əməkdaşlığımızı davam etdirməkdə maraqlıyıq. Amma ABŞ hərbçilərinin Ermənistana yerləşməsi və Ermənistan ordusunun yetişdirilməsinə maliyyə yardımı göstərməsi istər-istəməz ikitərəfli hərbi münasibətlərə mənfi təsir göstərəcək.

Digər tərəfdən, xartiya sadəcə başlanğıcdır. Əgər yeni ABŞ hökuməti bunu tətbiq edəcəksə, daha bağlayıcı və geniş müqavilələrin imzalanmasına yol aça bilər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!