ABŞ hərbi maşını Almaniyada qadını vuraraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hərbi maşını Almaniyada qadını vuraraq öldürdü

Dünya

12 Yanvar 2025 23:02 401


ABŞ ordusuna məxsus hərbi maşın Almaniyanın Bavariya əyalətinin Ansbax şəhəri yaxınlığında səkidə hərəkət edən 33 yaşlı qadını vurub və onun ölümünə səbəb olub.

Trend “Bild” qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata görə, 33 yaşlı sürücü hələlik naməlum səbəbdən avtomobili yoldan çıxararaq səkidə olan qadını vurub. ABŞ ordusunun əsgəri qəza zamanı xəsarət almayıb.

Hadisənin baş verdiyi əraziyə yaxın Ansbaxda amerikalıların istifadə etdiyi hərbi aerodrom yerləşir. pizza hut

Qəza ilə bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!