ABŞ hökuməti 3 iranlını sanksiyaları pozmaqda ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ hökuməti 3 iranlını sanksiyaları pozmaqda ittiham etdi

Dünya

15 Sentyabr 2021 14:18 583


ABŞ Ədliyyə Nazirliyi 3 İran əsilli amerikalıya sanksiya tətbiq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin saytında açıqlama yayılıb.

Üçlük federal sanksiyaların pozmaqda ittiham olunurlar. Dominos pizza

Açıqlamada deyilir ki, 52 yaşlı Məhəmməd Fəqihi, 53 yaşlı arvadı Fərzanə Modərresi və bacısı Faizə Fəqihi Florida ştatının sakinləri və “Express Gene” şirkətinin sahibləridir. 

Onlar ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları pozublar.

Üçlük Çin, Sinqapur, Malayziya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən ötən ilin payızında 3,5 milyon dollar dəyərində köçürmələr edib. İndi pulun ABŞ istehsal şirkətlərindən genetik sekanslaşdırma (DNT) avadanlığı almaq üçün istifadə edilərək ABŞ Maliyyə Nazirliyindən lazımi icazələr almadan İrana köçürülməsi şübhəsi var.

Eyni zamanda, üçlük qanunsuz fəaliyyət və çirkli pulların yuyulmasında ittiham olunur. 

ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında Məhəmməd Fəqihi, arvadı və bacısından başqa, hərbi əlavələri İrana köçürməyə çalışmış 40 yaşlı İran vətəndaşı Mehrdad Ənsarinin 63 ay həbs cəzasına məhkum etdiyi bildirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!