ABŞ ilə Taliban razılığa gəldi: 110 döyüşçü azadlığa çıxdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ilə Taliban razılığa gəldi: 110 döyüşçü azadlığa çıxdı

Dünya

09 Aprel 2020 18:40 654


Əfqanıstandakı həbsxanalarda saxlanılan 110 Taliban məhkumu azadlığa buraxılıb.

Yenisabah.az xəbər verir ki, Əfqanıstandan Milli Təhlükəsizlik Şurasının sözçüsü Cavid Faisal mətbuata verdiyi açıqlamada bunun ABŞ ilə Taliban arasında əldə olunan razılığın nəticəsi olduğunu deyib.

Onun sözlərinə görə, azadlığa buraxılanlar şəxsiyyətlər taraması sistemindən keçərək təkrar döyüşməyəcəkləri barədə öhdəlik götürüblər.  pizza hut

Cavid Faisal eyni zamanda qeyd edib ki, Əfqanıstan hökuməti sülh prosesində irəli getmək üçün Talibanla müzakirəyə açıqdır.

Qeyd edək ki, sərbəst buraxılanlar arasında Taliban tərəfindən azadlığı tələb olunan 15 nəfər yüksək vəzifəli şəxsin olub-olmadığı bilinmir.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!