ABŞ-ın Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2021-ci il mayın 28-ni Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
Yenisabah.az xəbər verir ki, qərar Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın təşəbbüsü ilə qəbul olunub.
E.Veysman bəyannamədə Amerikada yaşayan azərbaycanlıların Floridanın ictimai həyatında fəal iştirakını vurğulayaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfə verdiklərini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu qeyd edib. Bəyannamədə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətlərdən bəhs olunub. pizza sifarişi
Mer mayın 28-ni Azərbaycanın Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırıb.


/Report
Telegram kanalımız