ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı barədə bəyanat qəbul edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı barədə bəyanat qəbul edildi - Foto

Dünya

17 Fevral 2021 22:29 669


ABŞ-ın Men ştatının Portlənd şəhərinin meri Ketlin M. Snayder 2021-ci il fevralın 26-nın  Xocalı qətliamı qurbanlarının anım günü kimi qeyd olunmasına dair bəyanat imzalayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla  İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, belə bir bəyanatın imzalanması Men Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun təşəbbüsü ilə baş tutub. Sezar pizza

Bəyanatda Xocalı soyqırımının 29-cu ili haqqında  yazılıb, qətlə yetirilən azərbaycanlıların sayı qeyd olunub və faciənin insanlıq  əleyhinə törədilmiş ən böyük qətliamlardan biri olduğu bildirilib. Diqqətə  çatdırılıb ki, Xocalı qətliamı dünyada insanlıq əleyhinə yönəlmiş cinayətlərdən biridir.

ABŞın Men ştatında belə bir bəyanatın qəbul edilməsi Amerika azərbaycanlılarının Xocalı soyqırımının ildönümü ərəfəsində  ən böyük uğuru kimi qiymətləndirilə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!