ABŞ-ın ən varlı adamları Konqresdə sorğu-sual edildilər

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın ən varlı adamları Konqresdə sorğu-sual edildilər

Dünya

30 İyul 2020 10:39 650


ABŞ-ın texnologiya nəhəngləri olan Amazon, “Google”, “Facebook” və “Apple”ın rəhbərləri Konqresin Nümayəndələr Palatası Ədalət Komitəsi tərəfindən təşkil olunan iclasa onlayn şəkildə qatılıblar.

Yenisabah.az xəbər verir ki, şirkət rəsmiləri ötən ildən bəri şirkətlərinin bazar üstünlüyüilə əlaqədar davam edən araşdırma çərçivəsində komitənin suallarını cavablandırıblar. Amazonun baş direktoru Ceff Bezos şirkət payının ABŞ-ın pərakəndə bazarında 4 faizdən aşağı yerdə durduğunu vurğulayıb.

“Facebook” qurucusu Mark Zukerberq isə məxfiliyin pozulması və haqsız rəqabət iddalarını rədd edib. O, həmçinin zərərli məlumatlara yer verilmədiyi müddətcə platformada insanlara ifadə azadlığı verildiyini də diqqətə çatdırıb. Dördpendirli pizza

“Google”ın baş direktoru Sundar Piçai isə yazılı açıqlamasında, “Google”ın qiymətlərin sərbəst olduğu və məhsulların daim inkişaf etdirildiyi yüksək rəqabətli və dinamik qlobal bazarda fəaliyyət göstərdiyini söyləyib.

Dünyada telefon satan üçüncü ən böyük şirkət olan “Apple”ın baş direktoru Tim Kuk isə açıqlamasında "Apple”ın işimizi həyata keçirdiyimiz sahədə repressiv bir bazar payı yoxdur", –deyib. Kuk eyni zamanda, “Apple” şirkətinin bazardakı rəqiblərini texniki məhdudiyyətlərlə ələ keçirməsi və istehlakçılara yüksək qiymətlərlə avadanlıq satması barədə ittihamları da rədd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!