ABŞ-a məxsus Halliburton neft şirkətinin İraqdakı yataqları raket atəşinə tutulub.
Yenisabah.az xəbər verir ki, bu barədə “Baghdadtoday” portalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. "Bəsrə əyalətinin qərbində yerləşən Zubeyr kəndinə 5 raket zərbəsi endirlib. Raketlərdən biri ən çox neft hasil olunan 20 saylı quyunun yaxınlığına düşüb”, - deyə məlumatda bildirilir.
Mənbənin sözlərinə görə, təhlükəsizlik orqanları atəş açılan qurğunun yerini aşkarlayıblar. Hazırda araşdırmalar davam edir. Xəsarət və dağıntı yoxdur. pizza
Telegram kanalımız