Rusiya Federasiyası ABŞ-ın Qarabağla bağlı təklifinə reaksiya verib.
Yenisabah.az-ın xəbərinə görə, oktyabrın 30-da ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn bildirib ki, Ağ Ev Dağlıq Qarabağa skandinav ölkələrinin sülhməramlı qüvvələrinin yerləşdirilməsini təklif edib.
Rusiya Federasiyasının Xaric İşlər nazirinin müavini Andrey Rudenko təklifə münasibət bildirərkən bu barədə kifayət qədər məlumatlı olmadıqlarını vurğulayıb. Pepperoni pizza
O, həmçinin qeyd edib ki, bu məsələdə istənilən halda bütün kriteriyalar münaqişə tərəfləri ilə razılaşdırılmalıdır.
“Mümkün olan bütün mexanizmlər üçün lazımi meyarlar münaqişə tərəfləri ilə məsləhətləşmədə razılaşdırılmalıdır”, - deyə Rudenko vurğulayıb.
Telegram kanalımız