“ABŞ-ın Ukraynaya verdiyi raketlər Rusiya hərbi maşınlarının nəfəsini kəsib”

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ-ın Ukraynaya verdiyi raketlər Rusiya hərbi maşınlarının nəfəsini kəsib”

Maraqlı

26 İyul 2022 15:59 2168


Ukrayna prezidenti Volodimir Zelenskinin və yaxın ətrafının qələbəyə köklənmiş bəyanatlar verməsi diqqətdən yayınmayıb. Ukrayna rəsmilərinin ard-arda Rusiyaya qarşı hədə dolu çıxış etməsi çoxsaylı suallar doğurub.

Ukraynalıların bu cür iddialı olmasının səbəbi nədir?

Bu bəyanatların arxasında real faktlar dayanırmı? Dördpendirli pizza

Yenisabah.az-a açıqlamasında mövzunu şərh edən siyasi ekspert Aydın Quliyev bildirib ki, müharibəyə qədər hansısa tərəfin blefləməsindən danışmaq olardı:

“Beş aydır nüvədən başqa bütün növlərdən olan hərbi arsenal döyüşdə üz-üzə gəlibsə, ən azı Ukrayna üçün blefdən danışmaq uyğunsuz olardı. Blef gedişlərə və bəyanatlara çox hallarda Rusiya tərəfdən rast gəlinir. Məsələn, “biz hələ başlamamışıq”, “Consondan sonra digər Qərb liderləri də gedəcək”, “Biz daha da güclənmişik” və sair kimi bəyanatlar bu qəbildəndir.

Ukrayna tərəfin mübahisəsiz olaraq üstünlüklərinin artdığını görə bilərik. Ukraynanın beynəlxalq-hüquqi-diplomatik üstünlükləri yalnız müharibənin ilk günündə deyil, sonraki günlərində də müşahidə olunur.

Təcavüz qurbanı olan, ərazi bütövlüyü pozulmuş, xaricdən dəstək alan daxili separatizmlə üzləşmiş Ukrayna beynəlxaq hüquqa tam söykənirdi və haqlı mövqeyi birmənalı beynəlxalq çərçivədə tanınırdı”.

Ekspert qeyd edib ki, Ukraynanın üstünlüklərinin artmasının indi də şahidi oluruq.

“Rusiya təcavüzlə əldə etdiyi mövqelərdən geri çəkilir, canlı qüvvə cəhətdən əziyyət çəkir. Digər bir tərəfdən isə ölkə daxilində açıq narazılıq güclənir.

Ukraynanı hədəfi dəqiqvuran müasir silahlarla təmin edən ABŞ-ın verdiyi raketlər sayəsində, Rusiya hərbi maşınlarının az qala nəfəsi kəsilir. İndən sonra da Qərb Ukraynaya daha güclü silahlar vermək iradəsindədir. Qərbdə Ukraynaya dəstək mövqeyi müharibə başladığı dövrdən bu günə qədər zəifləmədi.

Rusiyanın çox güvəndiyi taxıl blokadası və enerji kartının da alternativlərini yaratmaq istiqamətində Qərb inadla işlədiyinin şahidi oluruq.

Rusiyanın indiyədək Ukraynada əldə etdiyi mövqelər sadəcə "Pirr qələbəsi" kimi başa düşülməlidir. Yəni bu üstünlükləri əldə saxlamaq getdikcə mümkünsüz hala gəlir.

Bu şərtlər daxilində Ukraynanın bəyanatları daha real görünür”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!