ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimalındakı vəziyyətlə bağlı oktyabrın 16-da Türkiyəyə səfər edəcəklər.
"Yeni Sabah" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Ağ Ev"in mətbuat xidməti məlumat yayıb.
ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir. Pepperoni pizza
Nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb Suriyanın şimalında atəşkəs məsələsini müzakirə edəcək.
Qeyd edək ki, görüşün oktyabrın 17-də baş tutacağı açıqlanıb.
Telegram kanalımız