ABŞ-ın yeni dövlət katibi bu şəxs ola bilər -   Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-ın yeni dövlət katibi bu şəxs ola bilər - Foto

Dünya

23 Noyabr 2020 10:19 588


Yerli mətbuatın prezident seçkilərində qalib elan etdiyi demokrat Cozef Bayden ABŞ-ın yeni administrasiyasında dövlət katibi postuna öz köməkçisi Entoni Blinkeni təyin etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə bir neçə mənbəyə istinadən “Bloomberg” agentliyi bildirib.

Məlumata görə, Bayden prezidentin milli təhlükəsizlik üzrə köməkçisi postuna isə Ceyk Salliveni təyin etməyi planlaşdırır. Toyuqlu pizza

Mənbələr təsdiq edib ki, təyinatlar bu həftə elan ediləcək. İnformasiya Baydenin Ağ Evin əməkdaşlarının Aparat rəhbəri təyin etdiyi Ron Klaynın bəyanatına uyğundur. Klaynın sözlərinə görə, yeni seçilmiş prezident noyabrın 24-də özünün gələcək administrasiyasındakı əsas postlara təyinatları açıqlayacaq. (Report0


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!