ABŞ-İran danışıqları: Şənbə günü başlayır

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-İran danışıqları: Şənbə günü başlayır

Dünya

08 Aprel 2025 09:57 243


İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasında dolayı danışıqların şənbə günü Omanda keçiriləcəyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, o, X hesabında yazıb:

"İran və ABŞ təmsilçiləri yüksək səviyyəli dolayı danışıqlar üçün Şənbə günü Omanda görüşəcəklər. Bu həm fürsət, həm də sınaqdır. Top Amerika meydanındadır". pizza

Bundan əvvəl “New York Times”ın jurnalisti Farnaz Fassihi Omanda keçiriləcək görüş barədə məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Bazar ertəsi bildirib ki, ABŞ və İran İranın nüvə məsələsi ilə bağlı birbaşa danışıqlar aparır:

“Bizim İranla birbaşa danışıqlarımız var. Ümid edirəm ki, bu danışıqlar nəticə verəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!