ABŞ İran lideri haqqında məlumata görə 10 milyon dollar mükafat elan etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İran lideri haqqında məlumata görə 10 milyon dollar mükafat elan etdi

Siyasət

13 Mart 2026 23:37 632


ABŞ Dövlət Departamenti İranın yeni Ali lideri Müctəba Xamenei və ölkə rəhbərliyinin digər nümayəndələri haqqında məlumat verənlər üçün 10 milyon dollara qədər mükafat elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunan rəsmi elanda bildirilir.

"Dövlət Departamentinin "Ədalətə yardım üçün mükafat" proqramı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və onun tərkibinə daxil olan strukturların əsas rəhbərləri haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat təklif edir", - deyə qeyd olunur. Marqarita pizza

Axtarışda olan şəxslər siyahısına İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, ali lider administrasiyasının təhlükəsizlik məsələləri üzrə müavini Əli Əsgər Hicazi, həmçinin hərbi müşavir Yəhya Rəhim Səfəvi də daxil edilib./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!