ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İran və Çinə qarşı bəzi sanksiyaları aradan qaldırdı

Dünya

11 İyun 2021 02:02 1260


ABŞ İranın üç nəfər keçmiş hökumət üzvü və ölkə neftinin ticarətinə cəlb edilmiş iki Çin şirkəti barədə tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, sanksiyalar tətbiq olunan şəxslərin, eləcə də şirkətlərin davranış və statuslarındakı dəyişiklik səbəbindən aradan qaldırılıb. Toyuqlu pizza

“Reuters”in məlumatına görə, ABŞ hökumətindən bildirilib ki, bu qərarın İran nüvə proqramı ilə bağlı aparılan danışıqlarla heç bir əlaqəsi yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!