ABŞ İrana zərbə endirəcək? - Vens sualdan yayındı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ İrana zərbə endirəcək? - Vens sualdan yayındı

Dünya

22 Oktyabr 2025 02:14 343


ABŞ İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək niyyətindədir.

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

O, "ABŞ-ın İrana qarşı növbəti zərbələrinin gözlənilirmi?" sualına birbaşa cavab verməkdən yayınıb. pizza sifarişi

"Bu gün heç bir açıqlama verməyəcəyəm. Birləşmiş Ştatlar prezidenti bizim İrana qarşı siyasətimizi açıq şəkildə ifadə edib. O, həqiqətən də çiçəklənən İran və iranlılarla yaxşı münasibət istəyir.

Lakin onların nüvə başlığı ola bilməz. Buna görə də biz İranın nüvə başlığına malik olmadığına zəmanət vermək üçün bütün diplomatik vasitələrdən tam istifadə etməyə çalışacağıq. Bu, bizim diqqətimizdədir. Və biz qeyri-müəyyən müddət ərzində buna diqqət yetirməyə davam edəcəyik", - vitse-prezident bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!