ABŞ 120 iranlını ölkəsinə qaytardı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ 120 iranlını ölkəsinə qaytardı

Dünya

30 Sentyabr 2025 11:03 382


ABŞ 100-ə yaxın iranlını təyyarə ilə deportasiya edir.

Yenisabah.az New York Times-a istinadla xəbər verir ki, Tramp administrasiyası rəsmi Tehranla bu barədə razılıq əldə edib.

ABŞ-yə məxsus təyyarə çarter reysi ilə Bazar ertəsi gecə Luizianadan havaya qalxıb və Çərşənbə axşamı Qətər vasitəsilə İrana çatmalıdır. pizza mizza

Bu ilin əvvəlində ABŞ bir çoxu xristianlığı yeni qəbul etmiş bir qrup iranlını Kosta Rika və Panamaya deportasiya edib. Onların kimliyi və ABŞ-yə köçmə cəhdlərinin səbəbləri məlum deyil.

ABŞ-ın cənub sərhəddinə gələn və qeyri-qanuni yollarla ölkəyə daxil olan həmin iranlıların bir çoxunu Birləşmiş Ştatlar hələ 2024-cü ildə bir neçə kommersiya uçuşu ilə İrana qaytarıb.

İranın XİN 120 soydaşın qaytarılmasını təsdiqləyib. Nazirlik deportasiya siyahısında 400-ə yaxın şəxsin olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!