“ABŞ ismarış göndərib, danışıqları bərpa etmək istəyir”

saytların hazırlanması

Evə çatdırılma

“ABŞ ismarış göndərib, danışıqları bərpa etmək istəyir”

Dünya

30 İyun 2025 13:34 279


ABŞ administrasiyasının rəsmiləri bu həftə İranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək istəklərini vasitəçilər vasitəsilə Tehrana çatdırıblar.

Yenisabah.az bbc-yə istinadla xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.

O qeyd edib: "Tramp administrasiyası vasitəçilər vasitəsilə İrana bu həftə danışıqlara qayıtmaq istədiyini çatdırıb. Lakin o, növbəti zərbələrin mümkün olub-olmaması ilə bağlı çox mühüm məsələ ilə bağlı mövqeyini açıqlamayıb". pizza sifarişi

Təxt-Rəvançinin sözlərinə görə, ABŞ tərəfi danışıqları bərpa etməkdə qərarlıdırsa, İrana qarşı hər hansı hərbi əməliyyatı istisna etməlidir.

O əlavə edib ki, Tehran danışıqlar zamanı hələ də uranın dinc məqsədlərlə zənginləşdirilməsinə icazə verən razılaşma əldə etməyə çalışacaq.

Tərəflər hələlik danışıqların tarixi ilə bağlı razılığa gəlməyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!