ABŞ jurnalistləri Bakıda: Fazil Mustafa ilə görüş

saytların hazırlanması

Evə çatdırılma

ABŞ jurnalistləri Bakıda: Fazil Mustafa ilə görüş

Siyasət

02 Aprel 2025 17:16 291


Böyük Quruluş Partiyasının (BQP) başqanı, Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdə səfərdə olan media nümayəndələri ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüş zamanı BQP başqanı jurnalistlərin Azərbaycan-ABŞ münasibətləri, insan hüquqları, ölkədəki dini və ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının mövcud durumu, habelə Ermənistan-Azərbaycan sülh prosesinin perspektivləri ilə bağlı suallarını cavablandırıb.

Fazil Mustafa Azərbaycana xas tolerantlıq və multikulturalizm mühitindən, ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində tutduğu qabaqcıl mövqedən danışıb. O, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrindən bəhs edərək, 30 illik işğala, ermənilərin törətdiyi soyqırımı və misli görünməmiş vandalizm aktlarına baxmayaraq, Azərbaycan dövlətinin gələcəyə baxaraq sülh danışıqlarının təşəbbüskarı olduğunu vurğulayıb. Pepperoni pizza

Millət vəkili ölkədə vətəndaş cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyəti üçün normal şəraitin mövcud olduğunu, ictimai-siyasi vəziyyətin isə sabit qaldığını qeyd edib.

Fazil Mustafa, həmçinin, Türk dünyası, Rusiya-Ukrayna müharibəsi, Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətləri və digər aktual məsələlərlə bağlı da partiyasının mövqeyini jurnalistlərlə bölüşüb.

Görüşdə ABŞ-ın tanınmış jurnalistləri Con Fond (John Fund), Dennis Lennoks (Dennis Lennox), Corc Landrit (George Landrith), Maykl Mosbaxer (Michael Mosbacher), Mettyu Foldi (Matthew Foldi), Skott Morfild (Scott Morefield), Saul Anuzis (Saul Anuzis), Nikola Medic (Nikola Medic) iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!