ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Ermənistanda panika 

saytların hazırlanması

Evə çatdırılma

ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Ermənistanda panika 

Siyasət

15 Yanvar 2025 08:51 311


“Gələn həftə biz Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndərəcəyik”. Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib. Diplomatik dildən normal dilə tərcümə edək: Yəni gələn həftə ABŞ xüsusi xidmət orqanları Ermənistan sərhədində rəsmən işləyəcək.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Arman Abovyan ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması haqda qeyd edib.

“Bu, İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanıdır. İndi gəlin birlikdə düşünək ki, iranlılar Amerika hərbi agentlərinin onların sərhədinin ən mühüm yerində peyda olmasına necə reaksiya verəcəklər. Marqarita pizza

Başa düşə bilmirəm ki, Ermənistan hakimiyyəti saxta AB referendumu və ABŞ-la “strateji xartiya” imzalamaqla niyə belə panik formada Ermənistanı intihara sürükləmək qərarına gəlib”, - o bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!