ABŞ kəşfiyyatı xəbərdarlıq etdi: Rusiya Ukraynaya 1000 muzdlu göndərir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ kəşfiyyatı xəbərdarlıq etdi: Rusiya Ukraynaya 1000 muzdlu göndərir

Maraqlı

05 Mart 2022 09:24 2491


Rusiya yaxın günlərdə Ukraynaya daha 1000 muzdlu əsgər göndərməyi planlaşdırır. Ukraynanı "qana boyamağa" gedən muzdlular lazımi silah və sursatla təchiz olunublar.

Yenisabah.az xəbər verir ki, CNN-in məlumatına görə, bu barədə yüksək rütbəli ABŞ kəşfiyyatının rəsmisi xəbərdarlıq edib. Onun fikrincə, Moskva "şəhərləri ələ keçirəcək qədər bombalaya" bilər ki, bu da mülki əhalinin xeyli itkisinə səbəb ola bilər.

Kəkfiyyat rəsmisi bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi ikinci həftədə davam etdiyi üçün muzdlu qüvvələr zəifləmiş bölmələri gücləndirəcək. Pepperoni pizza

O, əlavə edib ki, fevralın sonlarına olan məlumata görə, müharibədə 200-ə yaxın belə muzdlu artıq öldürülüb.

Bu arada ABŞ və Qərb rəsmiləri Rusiyanın Kiyev də daxil olmaqla Ukraynanın əsas əhali mərkəzlərinə zərbələrinin sürətini və gücünü artıracağını gözləyirlər.

Qərb kəşfiyyatının yüksək rütbəli rəsmisi deyib ki, Rusiya indi "şəhərləri ələ keçirmək üçün bombalamağa" hazırlaşır və bu, mülki əhali arasında itkilərin sayının böyük artmasına səbəb ola bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!