ABŞ-ın "Nyu-York Kosmos" klubu "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini komandada saxlamaq niyyətindədir.
"Yeni Sabah" xəbər verir ki, klub rəhbərliyi müdafiəçi ilə başa çatan müqavilənin müddətini artırmaq istəyir. Buna görə 37 yaşlı futbolçuya daha 1 illik sözləşmə təklif ediləcək. Klubun baş məşqçisi Karlos Mendes bildirib ki, Aqolli kimi bir futbolçunun komandada olması gənc futbolçular üçün motivasiyadır:
"Aqolli ilə danışıqlar aparacağıq. Onun burada məşqdə olması belə, komandadakı gənc oyunçular üçün motivasiyadır. O, işində peşəkardır və burada səviyyəni qaldırı".
Qeyd edək ki, Aqolli 2012-2019-cu illərdə "Qarabağ"da çıxış edib. O, ötən il "Nyu-York Kosmos"a keçib. Telegram kanalımız