ABŞ Konqresi Rusiyaya qarşı sanksiya layihəsi hazırladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Konqresi Rusiyaya qarşı sanksiya layihəsi hazırladı

Dünya

17 Noyabr 2025 22:26 593


Prezident Donald Trampın təsdiqindən sonra ABŞ Konqresi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem sosial şəbəkədəki səhifəsində məlumat verib.

“Mən çox şadam ki, Konqres prezident Trampın dəstəyi ilə Rusiyaya qarşı sanksiya qanun layihəsi üzərində işləyəcək və iki partiyanın böyük dəstəyi var”. Sezar pizza

Qrem qeyd edib ki, sənəd təsdiq olunarsa, Amerika liderinə Rusiyadan neft və qaz almağa davam edən ölkələrə ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verəcək.

Noyabrın 17-də Tramp Rusiya ilə işini davam etdirən ölkələrə qarşı “çox sərt” tədbirlər tətbiq edəcək qanun layihəsini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.

Sənədə 500%-dək tariflər daxildir. ABŞ Prezidenti bəyan edib ki, sanksiyalar paketi Moskvaya və onun xarici ticarət tərəfdaşlarına təzyiq vasitəsi kimi xidmət etmək məqsədi daşıyır./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!