ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.
Yenisabah.az bildirir ki, impiçment qiyama təhriketmə maddəsi üzrə elan olunub.
Çıxarılan qətnamədə Trampın hərəkətlərinin Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən "ağır cinayətlər və səhv hərəkətlər" ifadəsinə uyğun olması bildirilir. pizza hut
Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək Kapitoliyə getməyə çağırmışdı. Trampın tərəfdarlarının Kapitolini mühasirəyə alıb, zorla binaya girməsi nəticəsində baş verən qarışıqlıqlar zamanı bir neçə nəfər həyatını itirmişdi. /Oxu.az
Telegram kanalımız