ABŞ Konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verdi - Foto

Dünya

27 Fevral 2021 16:37 966


ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda qeyd edilib ki, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində  faciə baş verib. 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib: “29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.

O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur dləyirəm". pizza mizza

Qeyd edək ki, Kam Bukner 26-cı dairədən  İllinoys Nümayəndələr Palatasının Demokratlar partiyasından olan üzvüdür.

Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!