ABŞ koronavirus əleyhinə peyvənd hazırlayıb   - Tramp açıqladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ koronavirus əleyhinə peyvənd hazırlayıb - Tramp açıqladı

Dünya

06 İyun 2020 09:41 784


ABŞ - da koronavirusa qarşı peyvənd hazırlanıb və uğurla sınaqdan keçdiyi halda 2 milyon dozası bazara çıxacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp ötən gün keçirdiyi brifinqdə bildirib.

“Peyvəndlərlə bağlı çox irəliləyiş var. Əslində nəqliyyat və logistika ilə bağlı hərəkət etməyə hazırıq. Bizim 2 milyondan çox peyvənd dozamız  təhlükəsizlik sınağından keçsə yola salınmağa hazırdır”- deyə nəşr Trampdan sitat gətirib. Dördpendirli pizza

Bununla bərabər, peyvəndlərin istehsalında iştirak edən Ağ Evin səhiyyə məsələləri üzrə müşaviri doktor Entoni Fauçi, prezidentin dediklərini şərh etməkdən boyun qaçıraraq bildirib: 

"Mən eşitməmişəm ki, o bu barədə danışıb”.

Daha əvvəl bildirilirdi ki, koronavirus peyvəndinin yüzdən çox prototipi sınaqdan keçirilir. ABŞ prezidenti, keçən ay ABŞ hökumətinin qısa müddətdə təsirli və təhlükəsiz bir peyvənd əldə etməsi üçün bu araşdırmaların maliyyələşdirilməsinə kömək edəcəyini söyləmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!