ABŞ Maduronun pilotunu ələ almağa çalışıb

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Maduronun pilotunu ələ almağa çalışıb

Dünya

28 Oktyabr 2025 22:11 147


ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsindəki pilotlardan birini ələ almağa çalışıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.

Məlumata görə, 2024-cü ilin aprelində ABŞ hakimiyyəti Maduronun pilotlarından birinə təyyarəni fərqli məkana endirməyi təklif edilib. pizza hut

Təklifə əsasən təyyarə ABŞ-nin Puerto-Riko, Dominikan Respublikası və ya Kubadakı bazalarından birinə endirilməli idi. Bunun müqabilində pilota fantastik məbləğdə "hədiyyə" vəd edilib.

Qeyd olunur ki, pilot ABŞ hökumət agenti ilə dəfələrlə messencerlə əlaqə saxlayıb. ABŞ onu əməkdaşlığa razı salmaq üçün son cəhdini sentyabr ayında edib, sonra onun yazdığı nömrəni bloklayıb./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!