ABŞ Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Maliyyə Nazirliyi İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq etdi

Dünya

13 Noyabr 2025 01:58 611


ABŞ İranın ballistik raket və PUA istehsalına dəstək verən bir sıra ölkələrdəki şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Reuters“ ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumatda bunun Vaşinqtonun Tehrana təzyiqi artırmaq cəhdlərinin növbəti mərhələsi olduğu bildirilib. pizza sifarişi

Məlumata görə, sanksiyalar İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Çin, Honkonq, Hindistan, Almaniya və Ukraynada yerləşən, müxtəlif təchizat şəbəkələrində fəaliyyət göstərən ümumilikdə 32 fiziki və hüquqi şəxsə yönəlib.

“Bu şəbəkələr ABŞ və müttəfiq qüvvələrin Yaxın Şərqdəki personalı, həmçinin Qırmızı dənizdəki kommersiya gəmiçiliyi üçün təhlükə yaradır”, - nazirliyin bəyanatında deyilir./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!