ABŞ milli qvardiyaçıları iğtişaşaları yatırdacaq

saytların hazırlanması

Evə çatdırılma

ABŞ milli qvardiyaçıları iğtişaşaları yatırdacaq

Dünya

12 Avqust 2025 15:22 322


ABŞ prezidenti Donald Trampın administrasiyası etirazları və iğtişaşları yatırmaq üçün xüsusi çevik reaksiya bölməsi yaratmağı planlaşdırır

Yenisabah.az The Washington Post-a istinadla xəbər verir ki, bunu Pentaqonun daxili sənədləri isbatlayır.

Hazırda Milli Qvardiyanın hərbçisindən ibarət daxili vətəndaş iğtişaşlarına qarşı çevik reaksiya qüvvələrinin yaradılması müzakirə edilir. Onlar sürətlə etirazların və ya digər iğtişaşların baş verdiyi şəhərlərə yerləşdiriləcək. pizza

Sənədlərə əsasən, 600 hərbçi daimi hazırlıq vəziyyətində olmalıdır ki, 1 saat ərzində lazımi yerə yerləşdirilsin. Onlar 300 nəfərlik iki qrupa bölünərək Alabama və Arizona ştatlarında yerləşən hərbi bazalarda yerləşdiriləcəklər.

Bir gün əvvəl Tramp Vaşinqtonda cinayətkarlıqla mübarizəyə yönəlmiş bir sıra tədbirləri açıqlayıb. Xüsusilə, Vaşinqtonda asayişi gücləndirmək üçün Milli Qvardiyanın 800 əsgəri göndərilib və Amerika paytaxtının polisi federal orqanların nəzarətinə verilib. Tramp gələcəkdə Çikaqo və ya Nyu-Yorkda da oxşar tədbirləri həyata keçirə biləcəyini istisna etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!