ABŞ Qəzza zolağında müharibə başlayandan bəri əlaqə qurmayan İsrailin Baş naziri Binyamin Netanyahu ilə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi arasında görüş təşkil etməyi düşünür.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Axios" məlumat yayıb.
Qeyd olunub ki, Vaşinqton Netanyahunun Misirlə strateji qaz sazişini təsdiqləyəcəyini və Əs-Sisini görüşə razı salmaq üçün əlavə addımlar atacağını gözləyir. Dominos pizza
Məqalədə deyilir: "Bu vacibdir, çünki ABŞ iqtisadi diplomatiya vasitəsilə İsrail və ərəb ölkələri arasında münasibətləri yaxşılaşdırmağa çalışır"./Report
Telegram kanalımız