ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəldi

Siyasət

06 Sentyabr 2024 19:47 466


ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr üçün Bakıya gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların səfirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.

"Biz ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Regional Mərkəzinin rəhbəri cənab Patrik Prayoru səmimiyyətlə salamlayırıq. O, ABŞ-Azərbaycan təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məsələləri üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib", - deyə diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!