ABŞ-nin Azərbaycandakı səfiri İSTEFA VERDİ

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin Azərbaycandakı səfiri İSTEFA VERDİ

Siyasət

03 Dekabr 2024 12:17 656


ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri Mark Libby diplomatik xidmətindən istefa verib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə səfirin bəyanatında bildirilib.

O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır. pizza

Səfir vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “ Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”.

Libby qeyd edib ki, Azərbaycanla ABŞ iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurub: “COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.

O, ABŞ-Azərbaycan münasibətlərinin gələcəyinə böyük nikbinlik hissi ilə buranı tərk etdiyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!