ABŞ-nin dəhlizi nəzarətə götürməsi: “Bu, onların işidir”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin dəhlizi nəzarətə götürməsi: “Bu, onların işidir”

Siyasət

26 İyul 2025 14:02 528


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.

Yenisabah.az "Berliner Zeitung"-a istinadla xəbər verir ki, o bunu Ermənistanın qərar verəcəyi məsələ adlandırıb. 

"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - deyə Hikmət Hacıyev vurğulayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!