ABŞ-nin təklifinə İrəvandan cavab gəldi: “Ola bilməz”

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin təklifinə İrəvandan cavab gəldi: “Ola bilməz”

Dünya

14 İyul 2025 20:27 1293


Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib

“Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz”, - deyə o qeyd edib. pizza mizza

N. Baqdasaryanın bu bəyanatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın sözlərinə cavabdır.

"Onlar 32 kilometr yol ucabtından mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!