ABŞ-nin vitse-prezidenti Papa ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-nin vitse-prezidenti Papa ilə görüşdü

Dünya

20 Aprel 2025 21:57 415


ABŞ-nin vitse-prezidenti C.D.Vens Pasxa bayramı münasibətilə Papa Fransiski Vatikandakı iqamətgahında şəxsən təbrik edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Roma Papası Fransisk Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə qısa şəxsi görüş keçirib. Bir neçə dəqiqə davam edən görüş Pasxa bayramı təbriklərini mübadiləsinə imkan yaradıb”, - məlumatda deyilir. pizza mizza

Bir gün əvvəl Vens Vatikanın dövlət katibi Pietro Parolin və dövlətlərlə əlaqələr üzrə katib Paul Riçard Gallaher ilə danışıqlar aparıb. Vatikan xəbərlərinə görə, müzakirə mövzuları sülh, dini azadlıq və miqrasiya olub. İkiqat pnevmoniyanın təsirindən sağalan Frensis danışıqlarda iştirak etməyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!